Kartinq, böyük avtomobil yarışlarının birinci pilləsidir və bu sahədə çox böyük çəkiyə malikdir.

Avtomobil yarışlarının məhşur ulduzları Mixael Şumaxer, Ceyson Batton, Kimi Raykonen, Lyuis Xamilton, Fernando Alonso öz idman karyeralarını kartinqdən başlayıblar, və bu onlara avtomobil idmanın ən yüksək çempionluq pilləsinə qalxmalarına yardım edib. Dünyanın və Avropanın bir çox ölkələrində kartinq məktəbləri fəaliyyət göstərir, Azərbaycanda isə ilk kartinq məktəbini biz sizin üçün yaratdıq.

Azərbaycanda avtomobil idmanın inkişafı və dünya yarışlarında layiqincə təmisil olunmağımız üçün pilotların təcrübə səviyyəsinin artırılmasına ehtiyac var. Bu gün biz ölkəmizdə ilk profesional kartinq məktəbinin təməlini qoymaqla fəxr edirik!

Baku Karting məktəbinin məqsədi, gələcəkdə professional avto idman müsabiqələrinə və onların ən yüksək pilləsi olan F1 yarışmaları üçün avtomobil idmançılarının ən yüksək səviyyədə hazırlanmasıdır.

Təhsil proqramı özündə aşağıdakı istiqamətləri cəmləşdirir:

  • Trassada surətli hərəkəti oyrətmək, döngələrdə optimal istiqaməti və surəti seçmək.
  • Startda yarışa düzgün başlanılması, yarışın birinci dövrə üçün taktikası
  • Ötmə əmliyyatının nəzəriyyəsi və üsulları
  • Kvalifikasiya yarışlarının xüsusiyyətləri və hiylələri
  • Yarış zamanı taktiki müsabiqənin əsasları
  • Qələbə üçün lazım olan keyfiyyətlərin formalaşdırılması
  • Trassada hərəkət zamanı kartinqin idarəetməsini öyrətmək
  • Yarışların keçirilmə qaydası, xəbərdaredici bayraqlar, trassada və texniki parkda pilotun davranış qaydaları
  • Kartinqin detalları və daxili yanma mühərrikinin iş prinsipi barəsində seminarların keçirilməsi

TƏHSİL PROQRAMI:

  • Başlanğıc kursu
  • İdman dərəcəsinin yüksəldilməsi
  • Həvəskar klub yarışlarında iştirak üçün hazırlıq
  • Professional kartinq yarışmalarına hazırlıq

TƏLIMLƏRIN QIYMƏTI:

  • Bir ayda 4 dərsin qiyməti 280 AZN
  • 8-13 yaş arası uşaqlar üçün dərslər həftənin şənbə – bazar günləri saat 10:00 dan 12:00 dək  keçirilir

Maşın sənin bir hissən olmalıdır, qanın olmalıdır, sən isə – onun (maşının) dəyişilməz bir hissəsi. Yalnız belə öz sahəndə birinci ola bilərsən.

Ayrton Senna