Baku Karting Çempionatı

“05.12.2019-cü il tarixində keçirilən Bakı Kartinq Çempionatı  “Baku Kartinq və Əyləncə mərkəzin”-də Avtomobil Federasiyasının və Sputnik media dəstəyilə baş tutub. Müsabiqə azyaşlılar və böyüklər arasında keçirilib. Qaliblərə Azərbaycan Avtomobil Federasiyası tərəfindən hədiyyələr təqdim olunub.  Azyaşlılar arasında birinci yerin sahibi Əlizadə Ziya, ikinci yerin sahibi Hüseynov Hüseyn, üçüncü yerin sahibi isə Süleymanzadə İbrahim olub. Eləcə də, Məmmədyarov Akif,  “Cəsarət və İstək” nominasiyası üzrə qalib seçilib. Böyüklər arasında isə birinci yerin sahibi İsa Hüseynov , ikinci yerin sahibi Məmmədov Fərid, üçüncü yerin sahibi isə Qasımlı Sənan olub. “Gənclər arasında avtomobil idmanının inkişafına dəstək” nominasiyası isə Həsənov Kənana düşüb.

Bənzər yazılar