Karting klubda təhlükəsizlik tədbirləri və davranış qaydaları oxuyun:

1. Yarışa daxil olunması qadağan edilir: hamilə qadınlara, 10 yaşdan aşağı və boyu 140 sm aşağı olan uşaqlara, sərxoş vəziyyətdə və ya psixotrop maddələr qəbul etmiş şəxslərə.
2. Kartdroma daxil olmazdan əvvəl təhlükəsizlik qaydalarını pozan və kartı idarə edən zaman mane edəcək əşyaları çıxartmalı, geyimdə sərbəst olan hissələri düzəltməli,    cibdə küt və şiş əşyaları olmamalıdır. Başın qorunması məqsədi ilə kaskadan istifadə mütləqdir.
3. İlk öncə təlimatı diqqətlə dinləməli və yalnız nəzarətçinin razılığından sonra karta əyləşməli.
4. Yarış zolağında hərəkət yalnız müəyyən edilən bir istiqamətdə olmalıdır.
5. Qəza baş verdikdə kartı saxlamalı, kartdan enmədən əli yuxarı qaldırmalı, və nizamlayıcını gözləməlidir.
6. Yarışın bitməsini nizamlayıcı bayraqla bildirir. Pit-stopa daxil olduqda hərəkət minimum sürətlə həyata keçirilməlidir.
7. Təşkilatçılar müştərinin əşyalarının zədələnməsi və itməsinə görə məsuliyyət daşımır.
8. İstifadə qaydaları pozulduqda, təlimatdan kənar hərəkət edildikdə, işçilərə və ya digər müştərilərə hörmətsizlik və ya köbudluq etdikdə ödəniş geri qaytarılmadan sürücü yarışı tərk etməli olacaqdır.
9. Müştəri istifadə qaydalarını pozması və təlimatdan kənar hərəkət etməsi nəticəsində kartinq klubun avadanlığına zərər yetirdikdə, zərərin aradan qaldırılması üçün maddi məsuliyyət müştərinin üzərinə düşür.
10. Sürücü qaydalara riayət etməməsi və təlimatları pozması səbəbindən xəsarət aldıqda kartinq mərkəzinin əməkdaşları məsuliyyət daşımır.
11. Qəti qadağan edilir:No Go600

  • Təlimatçının razılığı olmadan yola çıxmaq;
  • Mühərrikə əl vurmaq, öz başına mühərriki işə salmaq və ya dayandırmaq;
  • Təlimatçının razılığı olmadan hərəkətə başlamaq;
  • Yarış zolağında kartdan enmək;
  • Bilərəkdən digər iştrakçılara zədə yarada biləcək təhlükə şəraiti yaratmaq,  və kartinq klubun avadanlığını zədələmək;
  • Kartı bir əllə idarə etmək, yarış zamanı əl və ayaqları kartın ehtiyat çərçivəsindən kənara çıxartmaq;
  • Hərəkət zamanı ayağı əyləcdən çekmək;