Siz   kartinq sürmək və maraqlı yarışda iştirak etmək istəyirsiniz, o zaman Baku Karting & Event Center sizin yolunuzu gözləyir.

Kartinq sürmək bizdə çox asandır. Bunun üçün siz bir neçə sadə addım atmalızınız:

  ZƏNG EDİN

  • Siz  bu telofon nömrələrinə zəng edirsiniz: (012) 562-75-26 (055) 277-33-07 (055) 277-33-03
  • Yarışı rezerv edirsiniz – Bunun üçün siz neçə nəfərin iştirak edəcəyini və neçə yarışın keçiriləcəyini bizə deməlisiniz.

Baku Karting & Event Center-ə gəlmək

  • Siz dostlarınızla birlikdə Əhməd Rəcəbli küçəsi 30/68 (Elit Ticarət Mərkəzi) ünvanına gəlirsiniz
  • Öz yarışınızı vaxtında başlamaq üçün siz rezerv etdiyiniz vaxtdan 15 dəqiqə tez gəlməlisiniz ki, öz yarışınızı ödəyib geyiminizi dəyişə biləsiniz..

   Yarışmaq

  • Kartiq mərkəzinin girişində ödəniş edib yarış biletlərinizi götürürsünüz (sonradan həmin biletləri təlimatçıya təqdim edəcəksiniz). Bir yarışda 6 kart iştirak edir.
  • Lazımi təchizatı alırsınız, dəbilqə, onun altından taxılan papaq, , rahat ayaqqabı (qızlar üçün).
  • Bizim trekimiz yerləşən sahəyə keçirsiniz – Bilet üzərində yarış nömrəsi göstərilir, əsas ekranda isə indiki yarışın nömrəsi göstərilir.
  • Yarış instruktoruna Diqqətlə qulaq asırsınız , əgər əlavə suallarınız yaranarsa onları verməkdən çəkinməyin!

Yolun ümumi sahəsi – 4000 kv.m. Uzunluğu – 500 metr. Eni – 6 metr. Örtük – asfalt.

Yolun konfiqurasiyasında uzun düz yol, sürətli və aşağı sürətli döngələr, şikanlar (sıx burulan döngələr), 180 dərəcəyə dönüşlər var. Kartinq yolu AMV xronometrajı sistemi ilə təchiz olunub. Hər yürüşdən sonra gələn adamlar yürüşün bütün nəticələrinin çap edilərək göstərildiyi sənədi alır. Yarışçıların rahatlığı üçün yolun üstündə işıqlı lövhə quraşdırılıb, orada real zaman rejimində yürüşün nəticələri nümayiş olunur. Dairənin keçilərək başa vurulmasında ən yaxşı nəticədən, yəni vaxtdan əlavə lövhədə hər dairənin keçmə vaxtı əks olunur.

Burada Sizə təcrübəli işçi heyəti qulluq edir və ən zəruri təchizat (şlem, onun altından qoyulan papaq – mütləq qaydada, (qadınlar üçün) ayaqqabı təqdim olunur. Yol maşın şinləri ilə, həmçinin aşağı təzyiqli polietilen (ATP) lentlərilə hasarlanıb.

ATP çox möhkəm və sürüşkən materialdır, həmçinin yaxşı amortizasiya xüsusiyyətlərinə malikdir. Kartla toqquşma zamanı həmin hasar zərbəni olduqca zəiflədir, hasarın sürüşkən örtüyü isə toqquşmadan sonra kartın ilişib qalmasına və sürətinin itirməsinə imkan vermir.

Sizə maraqlı yarış və qələbə arzulayırıq!